Slimfit
  1. AZƏRBAYCAN

Bayraq Günü münasibətilə İstanbulda Əli Bəy Hüseynzadə yad edildi

Bayraq Günü münasibətilə İstanbulda Əli Bəy Hüseynzadə yad edildi
Sakura

Türkiyədə təhsil alan tələbələr bayrağımıza rənglərini verən şəxsiyyətə ehtiramla yad etdilər

Türkiyədə təhsil alan tələbələr bayrağımıza rənglərini verən şəxsiyyətə ehtiramla yad etdilər.

AzNews.az xəbər verir ki, İstanbulda Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və Azərbaycan Diaspor Gəncləri təşkilatının birgə təşəbbüsü ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı gənclər bayrağımızın ideoloqu, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin məzarını ziyarət ediblər.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucu və başqanı Rəşid Mustafazadə 9 noyabr Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışaraq bayrağın bir xalq üçün mənəvi və ideoloji cəhətdən nə qədər önəmli olduğunu vurğulayıb.

Azərbaycan Diaspor Gəncləri təşkilatının Türkiyə koordinatoru Ziya Süleymanlı çıxış edərək üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu qeyd edib.

Tədbirə qonaq qismində qatılan araşdırmaçı-jurnalist Dilqəm Əhməd Əli bəy Hüseynzadənin həyatı, fəaliyyət və yaradıcılığı barədə təfərrüatlı məlumat verərək, onun bugünkü üçrəngli bayrağımızın yaradılmasında verdiyi töhfələrdən söz açıb.

Daha sonra gənclər Əli bəy Hüseynzadənin ruhuna dualar oxuyaraq məzarı ətrafında abadlıq-təmizlik işləri aparıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR