Bayram günlərinə düşən məzuniyyətə görə ödəniş verilirmi?
Әmәk Mәcәllәsinin 114-cü maddəsinə əsasən, işçilərin əsas əmək məzuniyyətləri və müddətləri müəyyən edilib. Həmin maddənin 6-cı bəndində göstərilib ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Qanunvericiliyin tələbini şərh edən sərbəst auditor Altay Cəfərov bildirib ki, həmin tələb bəzi hallarda işçilərlə işəgötürənlər arasında mübahisələrə səbəb olur.
Tutaq ki, işçiyә 1 may 2017-ci il tarixindәn 30 may 2017-ci il tarixinә kimi 30 gün müddәtindә әmәk mәzuniyyәti verilib. Әmrdә qeyd olunub ki, işçi 31 may 2017-ci ildә işә çıxmalıdır. Lakin həmin əmr qanuna müvafiq verilmәyib. Çünki göstәrilәn tarixlәrin әhatә etdiyi dövrә düşәn 9 May Qәlәbә bayramı və 28 May Respublika Günü mәzuniyyәtdә nәzәrə alınmayıb. Əmək Məcəlləsinin tələbinə görə, belə hallarda mәzuniyyәt 2 gün uzadılmalı, işçi işə 2 iyun 2017-ci il tarixindә işә çıxmalıdır.
Əmək Məcəlləsinin tələbinə əsasən bu halda işçinin əmək məzuniyyəti müddətində 2 gün bayram günü olarsa, onun əmək məzuniyyəti 30 gün deyil, 28 gün olur. Ona görə də məzuniyyətin tamamlanması üçün ona əlavə 2 gün verilməlidir. Çünki işçiyə 30 günlük məzuniyyətə görə ödəniş hesablanır. Bayram günlərinə görə isə ödəniş verilmir. Nəticədə 2 gün itirilmiş olur.
Bununla bağlı işçilərlə işəgötürənlər arasında mübahisələrin yaranmaması üçün tövsiyə edirəm ki, işçilər əmək məzuniyyətinə çıxanda konkret günləri deyil, dövrü göstərsinlər. Tutaq ki, işçi ərizəsində ayın 10-dan 25-dək məzuniyyətə göndərilməsini qeyd edir. Ancaq müəyyən tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə göndərilməsini yazması daha doğru olar. Belə olanda arada 1 və 2 gün bayram günü olduğu üçün onun məzuniyyət müddəti də 1 və 2 gün artırılacaq. Amma həmin bayram günlərinə görə heç bir ödəniş edilməyəcək.
Xatırladaq ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Xüsusi kateqoriyalardan olan işçilərdə isə bu müddət 30 təqvim günü nəzərdə tutulub. Həmin şəxslər aşağıdakılardır:
- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
- məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçuları, müəssisənin rəhbər işçilərinə və mütəxəssisləri;
- xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri;
- təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçıları, kitabxanaçıları, laborantları, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərləri;
- elmi dərəcəsi olmayan elmi işçilər;
- həkimlər, orta tibb işçiləri və əczaçılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət