Slimfit
  1. İDMAN

"Bayer" yenə məğlub olmadı: Avropa Liqasının finalında!

"Bayer" yenə məğlub olmadı: Avropa Liqasının finalında!
Sakura

"Bayer" yenə məğlub olmadı: Avropa Liqasının finalında!

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, , yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edib və ilk görüşdə 1-1-lik bərabərlik qeydə alınsa da, italiyanlar ikinci görüşdə 3-0 qalib gələrək finala yüksəlib.

İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer 04"ün qonağı olub. Matç 2-2 hesabı ilə başa çatıb. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələdiyi üçün finala vəsiqə əldə edib.

UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gəlib. İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da 2-0 qalib gəlib və finala yüksəlib. Cütün qalibi finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.

Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR