“Baydenlə görüşüm kritik mühitdə baş tutdu" - Ərdoğandan açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə 45 dəqiqə davam edən təkbətək görüşündən sonra mətbuata açıqlama ilə çıxış edib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, R.T.Ərdoğan Brüsseldəki görüşün kritik mühitdə baş tutduğunu bildirib.
“Qlobal təhlükəsizliyin qorunmasında NATO-nun məsuliyyətləri artıb. İndi məsuliyyətdən qaçmaq yox, əlini daşın altına qoymaq vaxtıdır.
Köklü dəyişikliklərin yaşandığı dönəmdən keçirik. Strateji səviyyədə fikir mübadiləsi oldu. Son dərəcə yararlı və səmimi bir görüş idi. Hər sahədə səmərəli əməkdaşlıq məsələsində güclü iradə görürük. Aralıq dənizindən Qara dənizə, Avropadan Asiyaya NATO-nun təmin etdiyi təhlükəsizlik çətirinə ehtiyac duyulan hər yerdə ittifaq aktiv rol oynamalıdır.
Terror təşkiilatları arasında ayrı-seçkilik edən birtərəfli anlayış, təəssüf ki, mövcudluğunu qoruyur. Türkiyə İŞİD bəlasına qarşı üz-üzə mübarizə aparmış tək NATO müttəfiqidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət