Dərc edildi: Baxış sayı: 340
Baydenin baş müşaviri istefa verdi
ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti məmurun özünə istinadən məlumat yayıb.
Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.
"Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum", - Slout deyib.
Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət