Dərc edildi: Baxış sayı: 288
Bayden Ukraynaya yeni yardım paketini təsdiqlədi
ABŞ Prezidenti Co Bayden Ukraynaya 200 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden qeyd edib ki, ABŞ Konqresi Kiyevi dəstəkləmək üçün əlavə maliyyə ayrılması barədə razılığa gəlməlidir.
Qeyd edək ki, dekabrın 12-si Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Co Baydenin görüşü olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət