Slimfit
  1. DÜNYA

Bayden Rusiyaya qarşı sanksiya tətbiq etdi

Bayden Rusiyaya qarşı sanksiya tətbiq etdi
Sakura

Bayden Rusiyaya qarşı sanksiya tətbiq etdi

ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, fərmana əsasən, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 işçisinin ölkədən çıxarılmasına qərar verib. Bundan əlavə, fərman ABŞ şirkətlərinə Rusiyanın Mərkəzi Bank, Milli Rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən verilən borc öhdəlikli qiymətli kağızlarını birbaşa almağı qadağan edir.

Eyni zamanda, ABŞ “SolarWinds”ə edilən kiberhücumdan Rusiya Xarici Kəşfiyyat Xidmətini məsul hesab etdiyini bildirib.

Həmçinin, ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR