Dərc edildi: Baxış sayı: 294
Bayden göstəriş verdi: ABŞ İsrailə əlavə yardım edəcək
ABŞ Prezidenti Co Bayden Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının hücumu ilə əlaqədar İsrailə əlavə yardım göstərilməsinə göstəriş verib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev ötən gün məlumat yayıb.
“Bu səhər milli təhlükəsizlik heyəti prezident və vitse-prezident Kamala Harrisə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın misli görünməmiş terror hücumu qarşısında İsrailə əlavə yardım göstərilməsi barədə göstəriş verib”, - məlumatda deyilir.
Ağ Ev hansı yardımdan söhbət getdiyini açıqlamayıb.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət