Dərc edildi: Baxış sayı: 365
"Bavariya"nın futbolçusu "Şalke"də
Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az xəbər verir ki, Bundesliqa təmsilçisi "Bavariya"dan Almaniya millisinin üzvü Sebastian Rudini transfer edib. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 4 illik müqavilə bağlanılıb. Müqavilənin digər şərtləri açıqlanmayıb.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ötən il "Hoffenhaym"dan "Bavariya"ya keçmişdi. Rudi Münhen klubunda 25 oyuna 1 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət