Slimfit
  1. MƏDƏNİYYƏT

Batumidə “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı başlayıb

Batumidə “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı başlayıb
Sakura

Avqustun 27-də Gürcüstanın Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi…

Avqustun 27-də Gürcüstanın Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, bu mötəbər musiqi yarışmasında Gürcüstan, Azərbaycan, Çin, Türkiyə, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, bəzi Şərqi Avropa ölkələri də daxil olmaqla, 14 dövlətin nümayəndələri iştirak edirlər.

Sentyabrın 1-dək davam edəcək musiqi festivalının əsas məqsədi ölkələr arasında mədəni əlaqələri inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaqdır. Festivalda iştirakçılar üç mərhələdə mübarizə aparacaqlar. Onlar əvvəlcə dünya hit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa edəcəklər.

Festivalda birinci yeri qazanan gənc müğənni 10 min dollar mükafat alacaq. İkinci yerin sahibinə pulsuz Avropa ölkələrinə tur paketi təqdim olunacaq. Üçüncü yerin qalibi də mükafatsız qalmayacaq.

Festivalın əsas təşkilatçısı, “Disconet Silk Road Star Georgia" təşkilatının rəhbəri Nino Şalamberidze AZƏRTAC-a deyib ki, bu musiqi yarışmasında 18-35 yaş arasında gənclər iştirak edirlər.

N.Şalamberidzenin sözlərinə görə, 2019-cu ildə ikinci festivalı qəbul etmək istəyən ölkələr də var. Onların sırasında ilk dövlət Azərbaycandır.

Xətayi Əzizov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR