Dərc edildi: Baxış sayı: 558
Başı və barmaqları böyük olan uşağı məktəbə götürmədilər
Rusiyada yaşayan Sofiya Zakharova adlı 2 yaşlı qız uşağını valideynləri bağçaya qeydiyyata salmaq istəyib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, məktəbin rəhbərləri kiçik qızın baş formasının digər uşaqları qorxudacağını söyləyərək onu məktəbə qəbul etməyiblər. Sözügedən bağça barədə istintaq başladılıb.
Uşağın başının və barmaqlarının anormal şəkildə böyüməsinə nəyin səbəb olduğu bilinmir. Sofiyanın qısa bir müddət sonra əməliyyat olunacağını deyən anası əməliyyatdan sonra normal bir uşaq kimi olacağını da bildirib.
Ölkə rəhbərliyi suyu axmayan bir evdə yaşayan ailəyə tezliklə yeni bir verəcəklərini də açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət