Slimfit
  1. CƏMİYYƏT

Başçısı həbs olunan rayonun deputatı danışmadı

Başçısı həbs olunan rayonun deputatı danışmadı
Sakura

Başçısı həbs olunan rayonun deputatı danışmadı

Prezident açıqlamalarında açıq şəkildə dedi ki, kim korrupsiya və rüşvətxorluqla, əhalini soymaqla məşğul olacaqsa, cəzalandırılacaq. Ötən gün baş tutan əməliyyat göstərdi ki, Prezident öz vədinə sadiqdir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin V çağırış deputatı Fazil Mustafa ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavininin, eləcə də Yevlax rayonunun sabiq icra başçısının DTX tərəfindən həbs edilməsi barədə danışarkən deyib. O bildirib ki, icra başçılarının qanunsuz əməlləri cəmiyyətdə ciddi problemlər yaradır:

“Hesab edirəm ki, ölkə başçısı prinsipial mövqeyi ilə Dövlət Təhlükəsizliyi Xidmətini hərəkətə keçirib. Çünki həqiqətən də maaş kartlarının əhalidən alınması yoxsulluğu ortadan qaldırmaq üçün addımlar atan dövlətə qarşı ciddi problemlər yaradır. Bu baxımdan düşünürəm ki, ötən gün baş verənlər cəmiyyət tərəfindən də dəstəklənən müsbət bir tendensiyadır. Çünki bu, digərləri üçün də dərs olar ki, artıq bənzər addımlar atmağın dövrü bitib və hamı qanun qarşısında məsuliyyət daşıyır”.

F.Mustafa təmsil etdiyi bölgənin icra başçısı ilə bağlı şikayətlərin olub-olmamasına da münasibət bildirib:

“Sabunçuda daha çox quruculuq işləri ilə məşğul olurlar. Son vaxtlar qəsəbə yollarının təmiri, qəsəbənin abadlaşdırılması və əhalinin də qəbulunun yerində həyata keçirilməsini müşahidə edirik. İcra başçısı özü birbaşa bütün bölgələrə qəbula gedir, hamı ilə birbaşa təmasda olur”.

F.Mustafa zaman-zaman ona müxtəlif bölgələrinin icra hakimiyyəti başçıları ilə bağlı şikayətlər daxil olduğunu söyləyib:

 

“Bu vaxta qədər bizə icra başçıları haqqında xeyli şikayətlər daxil olub. Əlbəttə, bu şikayətlərin nə dərəcədə həqiqəti əks etdirməsi məsələnin başqa tərəfidir. Çünki şikayətçi də hər zaman haqlı olmur. Elə məsələlər var ki, icra başçısının səlahiyyətində deyil”.

Yevlax rayonunu təmsil edən Milli Məclisin V çağırış deputatı Əli Hüseynli isə Yevlax rayonun sabiq icra başçısının vəzifədən azad edilməsi ilə bağlı xəbərə münasibət bildirməyib. O deyib ki, yalnız qanunvericiliklə bağlı sualları cavablandırmağa hazırdır.

Qeyd edək ki, ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, həmçinin Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR