Slimfit
  1. CƏMİYYƏT

Başçı təyin edilən Qarabağ qazisi

Başçı təyin edilən Qarabağ qazisi
Sakura
:0

Başçı təyin edilən Qarabağ qazisi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Quliyev Rafiq Çəpərxan oğlu Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, R.Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Xətai Rayon İcra başçısının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR