Slimfit
  1. AZƏRBAYCAN

Baş redaktor: “Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir"

Baş redaktor: “Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir"
Sakura

Baş redaktor: “Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir"

“Azərbaycanın yerləşmiş olduğu region geosiyasi strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan rəsmi Bakı həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin reallaşdırdığı xarici siyasət də məhz bu prioritetlər üzərində qurulub: “Bu siyasətin nəticəsində eyni vaxtda həm Avropa ilə, həm də Rusiya ilə səmərəli əməkdaşlıq reallaşdırılır. Hansı ki, bunu region ölkələrindən heç biri gerçəkləşdirə bilmir.

Qeyd edilənləri daha dərindən anlamaq üçün Prezident İlham Əliyevin 10 avqust 2018-ci il tarixdən sonrakı səfərlərini, keçirdiyi görüşləri gözdən keçirmək kifayətdir. Misal üçün, avqustun 10-da Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanda səfərdə olub. Avqustun 12-də Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfər edib. O, Aktauda Qazaxıstan və İran prezidentləri Nursultan Nazarbayev, Həsən Ruhani ilə təkbətək görüşlər keçirib. Toplantının sonunda prezidentlər Xəzər dənizinin hüquqi statusu haqqında tarixi Konvensiyanı imzalayıblar. Təqdirəlayiq haldır ki, Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir.

Avqustun 25-də Avropa İttifaqının aparıcı dövləti olan Almaniyanın federal kansleri Angela Merkel Bakıda səfərdə olub. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələrin demək olar ki, bütün sahələri, o cümlədən siyasi, iqtisadi, ticari əlaqələr, regional məsələlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi müzakirə olunub.

Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə rəsmi səfər etməsi, həmkarı Vladimir Putinlə keçirdiyi görüş Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına yeni bir təkan olub. Sirr deyil ki, Rusiya regionun ən böyük dövlətidir. Bu ölkə qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır.

Sentyabrın 2-də Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfərə gəlib, həmkarı Sooronbay Jeenbekov ilə görüşüb, qarşılıqlı münasibətlərə dair fikir mübadiləsi aparıb. Sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində TDƏŞ-in VI Zirvə görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir.

Ən nəhayət, sentyabrın 5-də Prezident İlham Əliyev Xorvatiyada rəsmi səfərdə olub. Xorvatiya ilə əməkdaşlıq isə Azərbaycanın həm Avroatlantik strukturlarla əlaqələri, həm də ikitərəfli əlaqələrin inkişafı baxımından vacib hesab edilə bilər.

Ümumilikdə dövlət başçısı İlham Əliyevin cəmi bir ay ərzində xarici ölkələrə etdiyi səfərlər həyata keçirilən çoxvektorlu siyasətin bəhrəsidir. Bu siyasət sayəsində ikiqütblü dünyada Azərbaycan sabitlik adasını xatırladır. Azərbaycan xarici siyasətində özünə "böyük qardaş” axtarmır, kimsənin yanında yer almır, yalnız milli və bərabərhüquqlu qarşılıqlı maraqlara söykənən siyasət yürüdür. Misal üçün, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda qoca qitənin iqtisadi, siyasi, texniki nailiyyətlərindən bəhrələnir. Rusiya ilə münasibətlərdə isə bu ölkənin Azərbaycan üçün böyük bazar olmasından faydalanır, yerli istehsalçıların bu bazarlara çıxışını təmin etməklə qeyri-neft sektorunun, kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın inkişaf etdirilməsinə çalışır. Eyni zamanda, tarixi və milli kökləri olan türkdilli dövlətlərin əməkdaşlıq ideyasına Türkiyədən sonra ən böyük dəstəyi məhz Azərbaycan verir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR