Slimfit
  1. AZƏRBAYCAN

Baş redaktor: Mətbuat və söz azadlığından sui-istifadənin qarşısının alınması milli təhlükəsizliyin çox vacib şərtlərindən biridir

Baş redaktor: Mətbuat və söz azadlığından sui-istifadənin qarşısının alınması milli təhlükəsizliyin çox vacib şərtlərindən biridir
Sakura

Baş redaktor: Mətbuat və söz azadlığından sui-istifadənin qarşısının alınması milli təhlükəsizliyin…

Azərbaycanda mətbuat və söz azadlığının mövcud imkanlarından sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması milli təhlükəsizliyin və ictimai həmrəyliyin çox vacib şərtlərindən biridir. Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, ölkəmizdə bu istiqamətdə ictimai qınaq və hüquqi cəza müstəvisində atılan addımlar səmərə verir və özünü tam doğruldur:

"Mətbuat Şurasının tənbeh tədbirləri və hüquq-mühafizə orqanlarının addımları prinsipcə bir-birini tamamlayır və hüquqi dövlətçilik mühitinin daha təkmilləşməsinə öz töhfəsini verir. Mətbuat Şurasının konkret media subyektləri ilə bağlı qərar və tövsiyələri mütləq əksər hallarda anlayısla qarşılanaraq fəaliyyət üçün əsas götürüldüyü halda, peşə etikasına və müvafiq qanunlara saymazyana yanaşaraq öz ziyanvericilik işini davam etdirən media rəhbərləri də tapılır. Bu günlərdə "Reallq.info" saytının rəhbəri İkram Rafiqoğlu ilə bağlı hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərar sərt görünsə də, yetərincə böyuk əsaslara malikdir. Azərbaycan hüquq cəmiyyətini möhkəm bərqərar etmək yolu ilə getdiyi üçün burada bütün peşələr kimi, jurnalistlərin də fəaliyyəti qanunla və peşə etikası qaydaları ilə tənzimlənir, eləcə də bütün cəzalar qanun çərçivəsində həyata keçirilir. İkram Rafiqoğlu Mətbuat Şurasının tövsiyə və iradlarına illər boyu pozucu və bloklayıcı münasibətlə özü haqqında hüquqi müstəvidə müvafiq qərarın qəbul edilməsini tam yetişdirdi, hüquqi cəzasını aldı".

A.Quliyev qeyd edib ki, hər bir media orqanı və jurnalist dövlətin himayəsi altında olduğu kimi, toxunulmaz və dövlət adından çıxarılan qanuni cəzadan yan keçmək imtiyazına malik ola da bilməz: "Dövlət müvafiq cəzalarla istənilən şəxsə həm də islah olunmaq şansı verir. İkram Rafiqoğlu barədə hüquqi qərar jurnalist adı altında həyata keçirilən qanunazidd əməllərin qarşısının alınması naminə atılmış addımdır. İkram Rafiqoğlunun taleyini yaşamaq istəməyənlər jurnalist adı altında insanların şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması, şantaj edilməsi kimi əməllərdən uzaq durmalı, jurnalist adına və peşəsinə hörmət etməlidir".

O bildirib ki, Azərbaycanda peşə və qanun prinsipləri ilə aparılan əsl jurnalist fəaliyyəti dövlət və şəxsən cənab Prezident tərəfindən dəstəklənir, himayə edilir və həvəsləndirilir: "Jurnalist adından sui-istifadə şəraitində göstərilən digər qanunazidd əməllərin isə qarşısı davamlı şəkildə alınmalıdır. Bunu cəmiyyətimizin, dövlətimizin və həqiqi jurnalistkanın inkişaf etdirilməsi maraqları tələb edir".

Qeyd edək ki, İkram Rafiqoğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İ.Rafiqoğlunun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. O, 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR