Slimfit
  1. CƏMİYYƏT

Baş Prokurorluqdan polisin arvadını öldürməsi ilə bağlı MƏLUMAT

Baş Prokurorluqdan polisin arvadını öldürməsi ilə bağlı MƏLUMAT
Sakura

Baş Prokurorluqdan polisin arvadını öldürməsi ilə bağlı MƏLUMAT

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir:

“Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR