Slimfit
  1. CƏMİYYƏT

Baş Prokurorluqdan əməliyyat- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi

Baş Prokurorluqdan əməliyyat- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi
Sakura

Baş Prokurorluqdan əməliyyat- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Ens.az-ın məlumatına əsasən,bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

Aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR