Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV-ə müraciət edib
Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV nümayəndələrinə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər: “Baş Prokurorluq olaraq media təmsilçilərindən xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olsunlar”.
E.Sultanov həmçinin qeyd edib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir: "Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".
"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveçdə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar",- deyə E.Sultanov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət