Slimfit
  1. CƏMİYYƏT

Baş Prokuror 5 ailə üzvünün qətlə yetirilməsindən danışdı - “Müəyyən boşluqlar olub”

Baş Prokuror 5 ailə üzvünün qətlə yetirilməsindən danışdı - “Müəyyən boşluqlar olub”
Sakura

Baş Prokuror 5 ailə üzvünün qətlə yetirilməsindən danışdı - “Müəyyən boşluqlar olub”

Baş Prokuror Kamran Əliyev Bakıda 5 ailə üzvünün qətlə yetirilməsidən danışıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, o, dəhşətli qətllə bağlı REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə söhbətləşib.

“Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib. Belə şəxsin cəmiyyətdə, azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı aidiyyəti qurumlar qarşısında təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub. Ki, belə cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik” - Kamran Əliyev bildirib.

 

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR