Slimfit
  1. MEDİA

Baş Nazirin müavini: Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir

Baş Nazirin müavini: Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir
Sakura

Baş Nazirin müavini: Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir

Vətəndaşa diqqət və qayğı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsidir.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə deyib.

Ə.Əhmədovun sözlərinə görə, hökumət çalışır ki, hər bir Azərbaycan vətəndaşının daha yaxşı, firavan həyatı olsun.

İcra katibi bildirib ki, Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir: “Ahıllara dövlət qayğısının artırılmasına yönələn işlər ildən-ilə genişləndirilir. Dövlət himayəsində yaşayan ahıl insanların normal yaşayış şəraiti, sosial müdafiəsi təmin olunub".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş - xalq dayanır: "Bu gündən minimum pensiyanın məbləği 200 manata çatdırılıb. Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın, onların problemləri həll edilsin. Dövlət hər birimizindir. Dövlətin bu yerə çatmasında hər bir vətəndaş töhfəsini verib. Dövlət də bunun müqabilində onlara diqqət və qayğı göstərir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR