Dərc edildi: Baxış sayı: 484
Baş nazirdən xəbərdarlıq - İtaliyada yoluxma hələ pik həddə çatmayıb
İtaliyada koronavirusa yoluxma hələlik pik həddə çatmayıb.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Cuzeppe Konte deyib.
O bildirib ki, İtaliya hazırda qeydə alınan vəziyyətlə İkinci Dünya müharibəsindən sonra qarşılaşmayıb:
“Alimlər deyir ki, yoluxma pik həddə çatmayıb, biz indi ən təhlükəli günlərdən keçirik. Əgər hamımız evdə qalsaq, virusun qarşısını daha səmərəli şəkildə ala bilərik. Qələbə üçün 60 milyondan çox italiyalının töhfəsi lazımdır”.
Qeyd edək ki, bu günədək İtaliyada koronavirusa yoluxanların sayı 24 747, ölənlərin sayı isə 1 809 nəfərə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət