Slimfit
  1. CƏMİYYƏT

Baş nazirdən QHT-lərlə bağlı qərar: 50 min manat...

Baş nazirdən QHT-lərlə bağlı qərar: 50 min manat...
Sakura

Baş nazirdən QHT-lərlə bağlı qərar: 50 min manat...

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.

Ens.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:

1. “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat;

2. “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat;

3. “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;

4. “Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR