Dərc edildi: Baxış sayı: 378
Baş nazirdən qərar: 8 nazir vəzifəsindən azad edildi
Tələbələrin kütləvi aksiyasından dolayı Albaniya Baş naziri Edi Rama Nazirlər Kabinetində ciddi dəyişikliklər edib.
Axar.az "Röyter"ə istinadən xəbər verir ki, baş nazirin qərarına əsasən, 8 nazir postundan azad edilib.
Onlardan bəzilərini müavinləri, bir qismini isə keçmiş hökumətdə təmsil olunan şəxslər əvəz edib.
Xatırladaq ki, dekabrın əvvəllərində minlərlə tələbə korrupsiyaya qarşı mübarizə və universitetlərdə təhsil haqqının azaldılması tələbi ilə kütləvi etirazlara qoşulmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət