Dərc edildi: Baxış sayı: 559
Baş nazirdən İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR
Bakı Metropoliteninin yeni stansiyasının
“8 Noyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı
Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci
məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı
Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət