Slimfit
  1. İQTİSADİYYAT

Baş nazir qurumlar qarşısında vaxt qoydu

Baş nazir qurumlar qarşısında vaxt qoydu
Sakura

Baş nazir qurumlar qarşısında vaxt qoydu

Yanvarın 16-da “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiqlənib. 

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, sərəncamla nazirliklər, dövlət komitələri, Mərkəzi Bank qarşısında müvafiq işlərin həyata keçirilməsi istiqamətində tələblər qoyulub. 

İcraçılar, yəni dövlət qurumları hərəsi öz sahəsi üzrə müəyyən edilmiş vaxt çərçivəsində sərəncamda nəzərdə tutulan işləri yerinə yetirməlidir.

Maliyyə-bank sektoru üzrə 

Maliyyə Nazirliyi 2020-ci ilin martınadək büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin təqdim edilməsini həyata keçirməlidir. 

Maliyyə və İqtisadiyyat nazirlikləri 2020-ci ilin aprelinə qədər xarici borcun tərkibini təhlil etməlidir. Bura xarici borcun səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) daxildir. 

Bildirilib ki, həmin nazirliklər xarici kreditlərin alınmasına zərurət yaranarsa,  qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflər təqdim etməlidir. 

Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin aprelinədək “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsini tamamlamalıdır. 

Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirləri görməlidir. 

Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir. 

İqtisadi artımın dayanıqlılığı 

İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək dövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsini təmin etməlidir. 

İqtisadiyyat Nazirliyi, eyni zamanda, 2020-ci ilin aprelinə qədər dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrini təqdim etməlidir. 

Həmin nazirlik 2020-ci ilin iyul ayınadək uzunmüddətli qeyri-neft ixracı strategiyasının hazırlamalıdır. 

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin aprel ayınadək mal sənayesinin inkişafı, o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təklifləri təqdim etməlidir. 

İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi 2020-ci ilin oktyabr ayınadək beynəlxalq təcrübə nəzərə alınmaqla, əhali artımının iqtisadi artımla uyğunluğunu nəzərdə tutan uzunmüddətli strategiyanı hazırlamalıdır. 

İqtisadiyyat Nazirliyi 2020-ci ilin may ayınadək özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təklifləri təqdim etməlidir. 

İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin sonunadək kiçik və orta biznesin inkişafına dəstəyin gücləndirilməsini təmin etməlidir. 

İpəkçilik, turizmin inkişafı 

Sərəncamda həmçinin ipəkçilik, turizmin inkişafı, toxuculuq məhsulların istehsalının təşkili, beynəlxalq iqtisadi əməkdaşlıq gücləndirilməsi məsələləri də öz əksini tapıb. 

Bununla yanaşı, sosial tədbirlərin gücləndirilməsi, gömrük sahəsində infrastrukturun yaxşılaşdırılması istiqamətində də müvafiq qurumlar qarşısında tapşırıqlar qoyulub. 

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR