Dərc edildi: Baxış sayı: 791
Baş nazir qərar imzaladı — Oktyabrın 1-dək uzadıldı
Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Covid-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.
Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət