Slimfit
  1. DÜNYA

Baş nazir neftə görə İraqa dəyən ziyanı açıqladı

Baş nazir neftə görə İraqa dəyən ziyanı açıqladı
Sakura

Baş nazir neftə görə İraqa dəyən ziyanı açıqladı

Dünya bazarlarında neftin qiymətinin yarıbayarı düşməsi İraqda ümumi daxili məhsulun (ÜDM) 30 milyard dollar azalmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu İraqın Baş naziri Adil Əbdülmehdi deyib.

“Neftin qiyməti düşməmişdən əvvəl illik gəlirimiz 70-75 milyard dollar arası dəyişirdi. Hazırki vəziyyətə əsasən İraqın illik gəliri 30-40 milyard dollar arası olacaq. Bu da ümumi daxili məhsulda 30 milyard dollar azalma deməkdir”, - baş nazir deyib.

Qeyd edək ki, həm dünya iqtisadiyyatına koronavirusun təsiri, həm də OPEK+ ölkələrinin iclasında Səudiyyə Ərəbistanı ilə Rusiya arasında ziddiyyətin ortaya çıxması neftin qiymətinə kəskin şəkildə mənfi təsir göstərib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR