Slimfit
  1. SİYASƏT

Baş nazir icra başçılarına çağırış etdi

Baş nazir icra başçılarına çağırış etdi
Sakura

Baş nazir icra başçılarına çağırış etdi

Azərbaycanın Baş naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib.

Axar.az xəbər verir ki, Baş nazir bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib.

"Buradan müraciət edərək, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq, bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır", - deyə Baş nazir Əli Əsədov qeyd edib.

Ə.Əsədov vurğulayıb ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR