Baş nazir “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik etdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, qaydalara bu bənd əlavə edilib:
Alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət