Slimfit
  1. MƏDƏNİYYƏT

Baş nazir Azərbaycanın görkəmli rejissoru barədə qərara imza atdı

Baş nazir Azərbaycanın görkəmli rejissoru barədə qərara imza atdı
Sakura

Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib

Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, Rasim Ocaqov məşhur "Tütək səsi" (1975), "Ad günü" (1977), "İstintaq" (1979), "Bağlı qapı" (1981), "Park" (1984), "Özgə ömür" (1987), "Ölsəm, bağışla" (1989), "Qətldən yeddi gün sonra" (1991), "Təhminə" (1993), "Həm ziyarət, həm ticarət" (1995), "Otel otağı" kimi filmlərin rejissorudur. O, eyni zamanda bir sıra ekran əsərlərində operator, bədii rəhbər, ikinci rejissor kimi çalışıb. 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR