Baş nazir 4 yaşlı uşağa görə üzr istədi
Böyük Britaniyanın Lids şəhərində 4 yaşlı Cek Uilliment pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Publika.az “Mirror”a istinadən xəbər verir ki, xəstəxanada boş yataq olmadığı bildirilib və azyaşlı xəstə saatlarla döşəmədə uzadılıb.
4 saat beton döşəmədə yatandan sonra 5 saat xərəkdə uzanan xəstə daha sonra yatağa qoyulub
Baş nazir Boris Conson olaydan jurnalistlər sayəsində xəbərdar olub. İTV müxbirinin təkidindən sonra fotoya baxan Baş nazir fotonu qorxunc adlandırıb və Milli Səhiyyə Xidmətlərində yaşananlardan dolayı üzr istəyib.
İngiltərə Krallığı Təcili Tibb Dərnəyinin ötən həftə yayımladağı statistikaya əsasən, ölkədə hər 20 təcili xəstədən 1-i 12 saat yataqda gözləmək məcburiyyətindədir.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət