Dərc edildi: Baxış sayı: 531
Didye Deşamın şərəfinə paytaxt Parisdə iki metro stansiyanın adı dəyişdirilib
Fransa millisinin baş məşqçisi Didye Deşamın şərəfinə paytaxt Parisdə iki metro stansiyanın adı dəyişdirilib.
Yenicag.az xəbər verir ki, müvəqqəti olaraq ”Notre-Dame des Champs” stansiyası “Notre Didier Deschamps” və “Champs Elysées-Clémenceau” stansiyası “Deschamps Elysées-Clémenceau” adlandırılıb.
Bundan başqa, komandanın kapitanı Uqo Llorisin şərəfinə “Victor Hugo” stansiyasının adı “Victor Hugo Lloris” olaraq dəyişdirilib.
Qeyd edək ki, Fransanın dünya çempionluğu ilə əlaqədar gerçəkləşdirilən dəyişiklər 6 aylıq nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət