Slimfit
  1. TARİX

Baş leytenant Yusif Qasımov

Baş leytenant Yusif Qasımov
Sakura

Baş leytenant Yusif Qasımov

Şəhid Baş leytenant Yusif Qasımov
Yusif Qasımov 13 avqust 1968-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Yusif Qasımov Gəncədəki 18 saylı orta ümumtəhsil məktəbində oxuyub. 1983-1985-ci illərdə məktəbdəki təhsildən ayrılmadan Gəncə şəhəri məktəblərarası tədris-istehsalat kombinatının avtomobil çilingəri kursunda bu ixtisasa yiyələnib. O, həmçinin, həmin vaxt fəaliyyət göstərmiş “Dinamo” Bədən Tərbiyəsi və İdman Cəmiyyətində əlbəyaxa idman növləri ilə məşğul olub, öz məharəti sayəsində müvafiq idman dərəcəsi də qazanıb. Qasımovun ana babası Əli İmamverdiyev İkinci Dünya Müharibəsində iştirak etmiş və bir sıra medallarla təltif olunmuşdur. 1985-ci ildə orta təhsilini başa vurduqdan sonra bir müddət Gəncədəki tekstil fabrikində işləyib. 6 iyun 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.
1986-cı ildə Y.Qasımov Rusiya Federasiyasının Orconikidze şəhərindəki (hazırda Vladiqafqaz) SSRİ Daxili İşlər Nazirliyinin S.M.Kirov adına Ali Hərbi Komandanlıq Məktəbinə (SSRİ dağıldıqdan sonra RF Şimali Qafqaz Hərbi İnstitutu kimi fəaliyyət göstərib) qəbul olunub. 1988-ci ildə Sumqayıtda, 1989-1990-cı illərdə Özbəkistan və Qırğızıstan ərazisində məkrli təxribatların nəticəsi kimi millətlərarası münaqişə zəminində baş vermiş hadisələr zamanı ictimai təhlükəsizliyin, əmin-amanlığın bərpa olunması üzrə xidmətin aparılmasında onun təhsil aldığı Hərbi Məktəbin kursantları da iştirak ediblər. Sumqayıtda ictimai asayişin keşiyində fəaliyyəti qiymətləndirilərək, Sumqayıt Şəhər Komsomol Komitəsinin fərmanı ilə mükafatlandırılıb. Özbəkistanda hadisələrin cərəyan etdiyi günlərdən birində isə Y.Qasımov bir məshəti türkünün həyatını xilas edərkən, o, “mən bilirəm, sən də türksən, məni buradan çıxart” - deyib. Məshəti türkü öz xilaskarına Quran kitabı, göz muncuğu, papaq və qırmızı şal verərək, xeyir-duasını bildirib. 1988-ci ildə atası Telman Qasımovun qəfil ürək tutmasından vəfat etməsi bütün ailə üzvləri kimi, Yusifi də dərindən sarsıdıb. Bu sarsıntıya baxmayaraq, iradəsini toparlayaraq, 1990-cı ildə Hərbi Məktəbi bitirib. Ona “leytenant” hərbi rütbəsi verilib. .1992 Mayın 2 Gəncədən döyüşə getmişdir. Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
9 mart 2018-ci il tarixində "İgidliyə görə" medalı ilə təltif olunub
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR