Dərc edildi: Baxış sayı: 433
Baş katib: “Azərbaycanı OPEC üzvü görmək istərdik”
“Azərbaycan neft sənayesinin beşiyidir. Neft sənayesi Pensilvaniyada deyil, Bakıda başlayıb. Azərbaycanı OPEC-ə üzv görməyə çox şad olardıq”.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda OPEC-in Baş katibi Mohammad Sanusi Barkindo bildirib.
Baş katib Azərbaycanın üzvlüyünün OPEC üçün qürur mənbəyi ola biləcəyini əlavə edib. O, həmçinin OPEC+ çərçivəsində də Azərbaycanla uğurlu əməkdaşlıq edildiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət