Baş katib: Azərbaycana hər səfərimdə möhtəşəm inkişafın şahidi oluram
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin genişləndirilməsində aparıcı rola malikdir. Azərbaycana hər bir səfərimdə fundamental yeniliklərin, möhtəşəm inkişafın şahidi oluram. Bu inkişaf bütün sahələri və ölkənin bütün ərazisini əhatə edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Şurasının baş katibi Bağdat Amreev bildirib.
TDƏŞ-ə baş katib seçiləndən sonra Azərbaycan, Türkiyə və Qazaxıstanda dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini diqqətə çatdıran Bağdat Amreev qeyd edib ki, üzv ölkələr Şuranın fəaliyyətinin genişlənməsinə böyük maraq göstərirlər. Baş katib bildirib ki, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm bir strategiya kimi qorunmaqdadır. Tərəflər Türk Şurasının fəaliyyətində dinamik yüksəlişə nail olmaq üçün bütün imkanlardan istifadə edirlər.
“Türkdilli dövlətlər böyük bir coğrafiyanı əhatə edirlər. Bu coğrafiya zəngin təbii resurslara, böyük tranzit imkanlara malikdir. Əməkdaşlıq əlaqələrinin genişlənməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılmasını təmin edir”,- deyə Bağdat Amreev vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət