Dərc edildi: Baxış sayı: 1301
Baş bankir: 'AGBank' və 'NBC Bank'ın əmanətçiləri narahat olmasınlar'
İlk xəbər saat 12:26-da verilib
"AGBank" və "NBC Bank"da aparılan analitik təhlillərin nəticələri haqqında tezliklə məlumat veriləcək".
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
"Bankın əmanətçiləri narahat olmasınlar, onların əmanətləri qorunur. O banklarda çalışanların əmək haqları da ödəniləcək", - o deyib.
***
E.Rüstəmov adı çəkilən bankların birləşməsi ehtimalına da münasibət bildirib: "Lisenziyalar geri alındıqdan sonra birləşmə ehtimalı yoxdur. Biz artıq bu banklarda işimizi yekunlaşdırmaq üzrəyik və onları Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna təhvil verəcəyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət