Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Baş ağrısını aradan qaldıran ən sağlam üsul

Baş ağrısını aradan qaldıran ən sağlam üsul
Sakura

Baş ağrısını aradan qaldıran ən sağlam üsul

Hər bir insan həyatında heç olmasa bir dəfə də olsa, baş ağrısından əziyyət çəkib. Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaransa da, ağır xəstəliyin simptomu da ola bilər. Statistikaya görə, insanların 60-70 faizi baş ağrılarından əziyyət çəkir. Baş ağrıları insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.

Ayaqda önə doğru əyilmə hərəkəti

Mütəxəssislər baş ağrısını aradan qaldırmaq üçün bəzi idman hərəkətlərini məsləhət görür.

Nəfəs alın və omba sümüyündən (beldən deyil) önə əyilin.

Dizlərini qırmadan düz olacaq şəkildə əyilə bildiyiniz qədər əyilin. Ayaqlarınızı tutaraq özünüzü biraz da çəkə bilərsiniz, bədən dəstəyi sevər.

Mütəmadi nəfəs alıb verməyə davam edin. Hər nəfəs verişdə biraz da qapanın. Ayağa qalxarkən 1 dəqiqə dayanın, nəfəs verin və kürəyinizi düzəldərək düz formada ayağa qalxın.

Ayaqları divara uzatma pozu

Ayaqlarınızı divara dik və paralel olduğundan əmin olun.

Qollarınızı və ovuç işlərinizi yanlara doğru uzadın.

Dərin nəfəs alaraq bu pozisiyada rahatlayın.

Özünüzü rahat hiss etmirsinizsə, belinizin altına bir yastıq və ya parça yerləşdirin.

Bu hərəkət insanı rahatladır və zehni sakitləşdirir.

Körpü hərəkəti

Körpü hərəkəti üçün çiyninizin üzərinə belüstü uzanın. Şəkildəki kimi ayaq dabanlarınızı yerə basacaq şəkildə dizlərinizi qırın. Ayaqlarınız omba istiqamətində açıq olsun, əllərinizi və qollarınızı isə yanlarınıza düz olacaq şəkildə yerləşdirin. Belinizi yavaşca yuxarı qaldırıb təkrar aşağıya endirin.

Körpü hərəkəti onurğa, boyun və çiyinlərə gərginlik verir və bu bölgələrdəki sərt əzələləri sərbəst buraxır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR