Dərc edildi: Baxış sayı: 468
“Barselona”ya bəd xəbər: Samuel Umtitinin zədəsi ağırdır!
“Barselona”nın zədəli müdafiəçisi Samuel Umtitinin durumuna aydınlıq gəlib. “Diario Sport”un yazdığına görə, dizindən zədə alan fransalı futbolçunun bərpa prosesi plan üzrə getmir və tam sağalması uzun çəkə bilər. Hətta Kataloniya klubu onun bu il meydana çıxmayacağından ehtiyatlanır.
Diz qığırdağında problem olan futbolçunun müalicəsi üçün 2 variant var: ya əməliyyat keçirməlidir, ya da qığırdaq toxuması bərpa olunmalıdır. Əgər əməliyyat olmasa, Umtitinin milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra La Liqada “Sevilya” (20 oktyabr) və “Real” (28 oktyabr), Çempionlar Liqasında isə “İnter”lə (23 oktyabr) oyunlarda forma geyinməsi sual altındadır.
Mənbə : Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət