“Barselona”nın oyunçusu polis evində axtarış apararkən yatdı
“Çempionat” xəbər verir ki, polislər onun evinə hücumun izlərini axtarıblar.
Qeyd etmək lazımdır ki, ötən ilin sentyabrında futbolçunun evi qarət edilmişdi.
Polislər onun evinə gələndə, Umtiti divanda uzanıb kompüter oyunu oynayırmış.
Onlar öz vəzifəsini yerinə yetirərkən futbolçu divanda yatıb qalıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları öz işini gördükdən sonra sakitcə evi tərk ediblər.
Xatırladaq ki, Umtiti qarətə məruz qalan ilk “Barselona” futbolçusu deyil.
Əvvələr Jerar Pike, Artur və Nelson Semedu kimi futbolçular da eyni aqibəti yaşayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət