Dərc edildi: Baxış sayı: 628
Barselonanın ən məşhur kilsəsi 130 ildir lisenziyasız tikilir
İspaniyanın Barselona şəhərinin meriyası Müqəddəs Ailə (Sagrada Familia) kilsəsində tikinti işlərinin aparılmasına icazə verməyə qərar verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə kilsənin Mətbuat xidmətindən bildirilib.
Onun sözlərinə görə, indi kilsə bina ətrafındakı vəziyyəti düzəldə biləcək, çünki 130 il ərzində müvafiq lisenziya olmadan iş aparılıb.
Tikinti işlərinin 2026-cı ildə - kilsənin memarı Antonio Qaudinin ölümünün 100-cü ildönümündə tamamlanması gözlənilir.
Qeyd edək ki, hər il, təxminən, 4,5 milyon turist bu məkanı ziyarət edir və ümumi məbləği 50 milyon avroya çatan bilet alışı həyata keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət