Dərc edildi: Baxış sayı: 529
"Barselona"dan "Qalatasaray"a transfer
Son dövrlər Fernando Musleranın performansından narazı olan "Qalatasaray" "Barselona"dan Lazar Kareviçi transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, baş məşqçi Fatih Terim 19 yaşlı qapıçını izləmək üçün klubun skautlarına tapşırıq verib.
Monteneqronun OFK klubunun yetirməsi olan və ötən yay "Barselona"ya transfer edilən U-21 yığmaları arasında Avropa çempionatının final mərhələsində 4 oyun keçirib. 1,93 m boyu olan qolkiper həmin turnirdə "Mançester Siti"nin qapıçısı Ariyanet Muriç və "Aston Villa"da oynayan Matiya Sarkiç kimi komanda yoldaşları ilə rəqabətdə üstün olaraq komandasının bir nömrəli qapıçısına çevirilmişdi.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət