Slimfit
  1. İDMAN

“Barselona”dan Messi ilə bağlı yeni qərar

“Barselona”dan Messi ilə bağlı yeni qərar
Sakura

“Barselona”dan Messi ilə bağlı yeni qərar

"Barselona" klubu ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib. 

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunun karyerasını başa vuracağı vaxta qədər komandada qalmasını istəyir. Bu səbəbdən klub 32 yaşlı oyunçunun müqaviləsinin müddətini özünün seçməsini təklif edib. "Barsa"nın Messinin ən azı 2023-cü ilin yayına kimi komandada qalmağı istədiyi vurğulanıb.

Messi və agentinin gələn yeni təklifi bəyəndiyi bildirilib. "Barselona"da hazırda ilinə 34 milyon avro maaş alan Argentina millisinin üzvü yeni təklifi qəbul edəcəyi təqdirdə, eyni məbləği almağa davam edəcəyi qeyd olunub.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR