Slimfit
  1. İDMAN

“Barselona”dan əzmkar, “Liverpul”dan çətin qələbə

“Barselona”dan əzmkar, “Liverpul”dan çətin qələbə
Sakura

“Barselona”dan əzmkar, “Liverpul”dan çətin qələbə

Çempionlar Liqasında qrup mərhələsində II tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, ötən gün daha 4 qrupda oyunlar baş tutub.

Turnirin son qalibi “Liverpul” doğma arenasında “Zalsburq”u qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunda meydan sahibləri qalib gəliblər – 4:3.

Qrupun digər matçında isə ilk turda “Liverpul”a qalib gəlmiş “Napoli” səfərdə “Genk”lə heç-heçəyə razılaşıb – 0:0.

Günün ən maraqlı oyununda “Barselona” “İnter”lə üz-üzə gəlib.

Qonaqlar bu oyunda erkən qolla hesabı açsalar da, Kataloniya təmsilçisi ikinci yarıda məğlubiyyətdən xilas olmağı bacarıb. Suarez əzmkar qələbənin əsas memarı olub.

Qrupun digər oyununda Dortmund “Borussiya”sı səfərdə “Slaviya”nı xalsız qoyub.

“Ayaks” səfərdə “Valensiya”nı darmadağın edibsə, H qrupunun digər matçında “Çelsi” səfərdə “Lill” üzərində çətin qələbəyə sevinib.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

2 oktyabr

E qrupu

“Genk” (Belçika) – “Napoli” (İtaliya) 0:0

“Liverpul” (İngiltərə) – “Zalsburq” (Avstriya) 4:3
Qollar:
Mane, 9. Robertson, 25. Salah, 36; 69 - Hvanq, 39. Minamino, 56. Haland, 60.

 

F qrupu

“Slaviya” (Çexiya) - “Borussiya” (Dortmund, Almaniya) 0:2
Qollar:
Hakimi, 35; 89.

“Barselona” (İspaniya) - “İnter” (İtaliya) 2:1
Qollar:
L.Suares, 58; 84 - L.Martines, 3.

 

G qrupu

“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) 3:1
Qollar:
Dzyuba, 22. Dias, 70-öz qapısına. S.Azmun, 78 - De Tomas, 85.

“Leypsiq” (Almaniya) – “Lion” (Fransa) 0:2
Qollar:
Depay, 11. Terrye, 65.

H qrupu

“Valensiya” (İspaniya) – “Ayaks” (Hollandiya) 0:3
Qollar:
Ziyeş, 8. Promes, 34. Van de Bek, 67.

“Lill” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qollar:
Osimhen, 33 - Abraham, 22. Villian, 78.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR