Dərc edildi: Baxış sayı: 436
'Barselona' koronavirusa görə futbolçulara məcburiyyət tətbiq etməyəcək
Əgər İspaniya çempionatı davam etdirilsə, "Barselona" futbolçuları meydançaya çıxmaqdan imtina etmək imkanına malik olacaqlar.
Bu barədə “Report” “Sport.es”ə istinadən xəbər verir.
Məlumata görə, klubun tibbi qərargahı hesab edir ki, koronavirus infeksiyasına yoluxma riski hələ yüksəkdir. Buna görə qərar vermək hüququ oyunçuların özlərinə aid olmalıdır. Onlar pandemiya dövründə çıxış edib-eməmələrinə dair qərarı özləri verməlidirlər.
Kataloniyalıların rəhbərliyi də öz növbəsində ölkənin səhiyyə orqanının müvafiq sanitar şəraiti yaratmayınca matçlardan tam rədd imkanlarını nəzərdən keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət