Slimfit
  1. İDMAN

“Barselona” klubu rekord məbləğdə gəlir əldə edib

“Barselona” klubu rekord məbləğdə gəlir əldə edib
Sakura

“Barselona” klubu rekord məbləğdə gəlir əldə edib

İspaniyanın “Barselona” futbol klubu 2017/2018 mövsümündə 914 milyon avro gəlir əldə edib.

“Report” xəbər verir ki, bu, Kataloniya təmsilçisi üçün rekord göstəricidir. Bunadək ən böyük rəqəm ötən mövsüm qeydə alınıb – 708 milyon avro. “Barselona”nın 2017/2018 mövsümü üçün xərcləri isə 882 milyon avro təşkil edib. Vergilərin ödənilməsindən sonra klubun xalis qazancı 13 milyon avro olub.

Kataloniyalıların Direktorlar Şurası klubun 2021-ci ilə qədər inkişaf planını müəyyənləşdirib. İspaniya nəhəngi 3 il ərzində gəliri 1 milyarda çatdırmaq niyyətindədir.

Qeyd edək ki, “Barselona” 2017/2018 mövsümündə La Liqanın və Kral kubokunun qalibi olub.

 

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR