Dərc edildi: Baxış sayı: 433
“Barselona” futbolçularına qadağalar qoydu
İspaniyanın “Barselona” klubu futbolçularının müqavilələrinə yeni bəndlər əlavə edib.
Oxu.Az xəbər verir ki, bundan sonra oyunçulara klubun razılığı olmadan futbola aid olmayan peşəkar fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.
Jerar Pike Andorradan olan futbol klubunu almaq və tennis üzrə Dünya Kubokunun təşkilatçılığı ilə məşğul olmaq niyyətində idi. Həmçinin, o, keyterinq, dəb və elektron oyunlar sahəsində bizneslə də məşğuldur.
Bundan başqa, “Barselona” futbolçuların matç və məşqlər olan vaxt sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb. Həmçinin, ictimai yerlər üçün bağlı məkanlarda fotoların yayılmasına qadağa qoyulub. Buna oyundan öncə komandanın hoteldə məskunlaşdığı vaxt da daxildir.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət