Slimfit
  1. İDMAN

“Barselona” 17 yaşlı oyunçusu sayəsində “Levante”yə qalib gəlib

“Barselona” 17 yaşlı oyunçusu sayəsində “Levante”yə qalib gəlib
Sakura

“Barselona” 17 yaşlı oyunçusu sayəsində “Levante”yə qalib gəlib

"Barselona" İspaniya çempionatının 22-ci turunun matçında "Levante”yə qalib gəlib.

Report” xəbər verir ki, görüş Barselonada "Nou Kamp" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesabı ilə başa çatıb.

“Barselona” Ansu Fatinin dublu hesabına qələbəyə nail olub. 17 yaşlı futbolçu hesabı matçın 30-cu dəqiqəsində açıb, bundan 1 dəqiqə sonra hesab arasındakı fərqi 2:0-a çatdırıb.

Meydan sahibləri hər iki qolu Lionel Messinin məhsuldar ötürməsi ilə vurub. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Ruben Roçin rəqibin qollarından birinin əvəzini çıxa bilib.

"Barselona" 22 matçda 46 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlində 2-ci yer tutur. "Levante" 26 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR