Slimfit
  1. ARXİTEKTURA

Barokko üslubu

Barokko üslubu
Sakura

Avropa memarlığında Barokko üslubu

Barok üslubu İntibah dövrünün tənəzzülündən sonra inkişaf etmişdir. Barok üslubu memarlığın, həmçinin musiqi və incəsənətin digər növlərinin şişirdilmiş növüdür.  Barok üslubunda dərin rəngli kontrastlar, əyri xətlər istifadə edilir. Bu üslub 17-ci əsrdə Romada yaranmışdır. Daha sonra , İtaliya , İspaniya, Portuqaliya və Fransada yayılmışdır. Barok sözü Portugal sözüdür və  mənası  formasız mirvari kimi anlaşılır. İspanca “ barrueco”, İtalyanca “barocco” -dur.

Barok üslubu yalnız memarlıqda istifadə olunmayıbdır. Həmçinin Avropanın bir sıra ölkəsində, məsələn  İspaniya , İtaliyada və s. musigidə istifadə olunmuşdur. 1768-ci ildə muqisiçi, bəstəkar, filosof Jan-Jak Russo barok musiqisi haqda “ Ensiklopediya” yazmışdır.

Jan Jak Russo

Bu üslubda qızğın, isti rənglər,  işığın güclü təzadı, və fiqurların, rəsmlərin müəyyən qaranlıq hissələrindən istifadə olunub. Bu yolla, üslubun nümayəndələri hisslərini memarlıqda ifadə etmişlər. Barok üslubu küçələrdə möhtəşəm pilləkanlarla, fontanlarla sürətlə inkişaf edib, yayılmışdır. Buna görə də, Barok üslubu Avropada güclü üslub olmuşdur. Bu səbəbdən, Avropa ölkələri mədəniyyətdə bir-biriləri ilə sıx əlaqədə olub. Üslubun digər üslublardan fərqli cəhətləri var.

Bu fərqi, biz Qotik və Barok üslubu arasında müşahidə edə bilərik. Əgər uzun millər, xətlər Qotik üslubunda istifadə olunurdusa, Barok üslubunda bu müşahidə olunmamışdır. Barok üslubunda əyri xətlərə, yastı daşlara, naxışlara, sarı, qırmızı, mavi rənglərə geniş yer verilmişdir.

Barok üslubu böyük bir  dövrü əhatə etməsə də, Avropa ölkələrində sürətlə yayılmışdır. Bu dövr İntibah dövrünün bir hissəsi kimi adlandırılır.

 

Müəllif: Xəyalə Camalova

Mənbə: Sizinavropa.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR