Slimfit
  1. İDMAN

Barcelona Ronaldinyonu Messini yoldan çıxartmasın deyə satıb

Barcelona Ronaldinyonu Messini yoldan çıxartmasın deyə satıb
Sakura

Barcelona Ronaldinyonu Messini yoldan çıxartmasın deyə satıb

Belaruslu yarımmüdafiəçi Aleksandr Qleb Barcelona-dakı karyerasını xatırlayıb.

Goal.az xəbər verir ki, 38 yaşlı futbolçu ölkəsində yayımlanan "VOKA TV"yə müsahibəsində maraqlı fikirlər səsləndirib. Anri ilə eyni evdə yaşamasından danışan Qleb Deku və Ronaldinyonun məşqə sərxoş vəziyyətdə gəldiklərini bildirib:

"Barsa"ya keçəndə bir müddət Anri ilə eyni evdə yaşadım. Mənə deyirdi ki, bir yer tapana qədər burada qal. Oteldə nə var? Ora darıxdırıcıdır. Hardasa bir ay onun yanında qaldım. Həmişə mənə deyirdi ki, Barcelona-ya niyə gəlmisən. Zəng vurardın, özüm hər şeyi sənə başa salardım.

Açığı, mən əvvəlcə Barcelona-ya getmək istəmirdim. Həqiqətən! Bu, daxildən gələn bir hiss idi. Bayern Munich-ə getmək və ya Arsenal-da qalmaq istəyirdim. Ancaq menecerlər imkan vermədilər. Hələ Qvardiola da zəng vurdu.

Arsenal-da Anri ilə bu cür danışırdıq: "salam-sağ ol". O da Barcelona-ya keçməyinə məyus olmuşdu. Arsenal-dan sonra hər şey fərqli idi.

Ronaldinyo və Deku məşqlərə içkili gəlirdi. Sizcə, onları 2008-ci ildə niyə satdılar? Çünki Messini də yoldan çıxaracaqlarından qorxdular".

Qeyd edək ki, Qleb 2008-2011-ci illərdə Barcelona-da çıxış edib. O, ötən mövsümü isə BATE-də keçirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR