Slimfit
  1. MEDİA

Barama 5 ən aktual mövzunu gündəmə gətirdi

Barama 5 ən aktual mövzunu gündəmə gətirdi
Sakura

Barama 5 ən aktual mövzunu gündəmə gətirdi

"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startaplara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən mərkəz bu dəfə Gəncə şəhərində Azercell, Paşabank və Azərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə “Sahibkarlıq Konfransı" təşkil edib.  Məqsəd uğur qazanmış mütəxəssislərə bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub.

Konfransda “4-cü texnoloji inqilab və innovasiyalar” mövzusunda  İmran Bağırovun, “Müasir təhsil texnologiyaları və onların tətbiqi” ilə bağlı Fədai Əfəndiyevin,  “Startap inkişafının 5 mərhələsi” başlığı altında Tural Abbasovun, “Biznes üçün investisiya almağın yolları” barədə Məmməd Kərimin, “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu”na dair  Fərrux Rəhimovun məruzələri dinlənilib.

Barama İnnovasiya və Sahibkarlıq mərkəzi PAŞA Bankın dəstəyi ilə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır. Mərkəz Gəncədə fəaliyyət göstərən startaplara dəstək məqsədilə indiyədək bir çox layihələr reallaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR